“Bir şey var ki, sən səhv edirsən, inanmırsan ki, alınacaq. Bu, başqa məsələdir, amma əsas məsələ odur ki, sən axmağın birisən”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan deyib.
“Nifrət, paxıllıq və pul səni o qədər kor edib ki, qara ilə ağın üzərində yazılanı oxuya və qəbul edə bilmirsən.
Hətta sənin siyasi baxışların, siyasi proqnozların başqa olsa da, nəticədə Nikolun haqlı, sənin isə səhv olduğunu qəbul etmirsən.
Ona görə də internetə girib nə qədər kənarda qalmış siyasi şərhçi, redaktor və müxalif varsa, hamısı vay-şivən qoparır, yas saxlayırlar, amma, həmişəki kimi, məzmun yoxdur.
Həəə... verdilər, apardılar, dağıtdılar, itirdik...
Və gülməlisi odur ki, heç düşünmürlər ki, sonra nə olacaq?”.
Bizim.Media