Ermənistanda evlərin birində əl qumbarası partladı – 1 ölü, 1 yaralı var 

Ermənistanda evlərin birində əl qumbarası partladı – 1 ölü, 1 yaralı var 

Hazırda oxunan: Ermənistanda evlərin birində əl qumbarası partladı – 1 ölü, 1 yaralı var 

26422

Eçmiadzin şəhərinin yaşayış binalarının birində partlayış olub.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı yayıb.

Mənbə yazır ki, hadisə yerinə gələn polis evdə bir kişinin cəsədini tapıb. Digər bir nəfər isə ağır vəziyyətdə Vaqarşapat tibb mərkəzinə aparılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları mərhumun Zvartnots məhəlləsindəki Maisyan küçəsində yaşayan 48 yaşlı Eçmiadzin sakini Gevorg Asatryan olduğunu müəyyənləşdirib. Yaralı Aram Xaçatryan küçəsində yaşayan 33 yaşlı Ruben Papoyan olub.

İlkin məlumatlara görə, evin qonaq otağında bir əl qumbarası partlayıb, nəticədə G. Asatryan yerindəcə ölüb və R. Papoyan ağır yaralanıb.

Faktla bağlı materiallar hazırlanır, istintaq qrupu yaradılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO