Ermənistanda seçkilərin yekun nəticələri açıqlandı – FAİZLƏR

Ermənistanda seçkilərin yekun nəticələri açıqlandı – FAİZLƏR

Hazırda oxunan: Ermənistanda seçkilərin yekun nəticələri açıqlandı – FAİZLƏR

26418

Ermənistan Mərkəzi Seçki Komissiyası ötən bazar günü ölkədə keçirilən erkən parlament seçkilərinin yekun nəticələrini çıxarıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı yayıb. 

Mənbə yazır ki, MSK 83 seçki məntəqəsindəki səslərin yenidən sayılmasını tamamlayıb və nəticələri təqdim edib.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanda yeni parlament nə vaxt formalaşacaq? – DETALLAR MƏLUM OLDU


MSK sədri Tiqran Mukuçyanın sözlərinə görə, seçki siyahılarında 2 milyon 591 min 316 nəfər olub, onlara 1 245 nəfər əlavə edilib (bu yaxınlarda Ermənistana gələnlər və daimi yaşamaq üçün icazəsi olmayanlar):

“Digər 2.451 seçici portativ seçki qutusundan (xəstəxanalar, qocalar evləri və s.) istifadə edib, 500 nəfər isə elektron şəkildə (diplomatlar) səs verib.

Cəmi 2 milyon 595 min 512 seçici qeydə alınıb. Bunlardan 1 milyon 281 min 997-si və ya 49,39 faizi səs verib. 4593 bülleten etibarsız sayılıb.

Nəticədə Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası 53.91,  Robert Köçəryanın “Hayastan” bloku 21.09, “Şərəfim var” bloku 5.22 faiz səs toplayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO