5 ukraynalı Gürcüstan-Rusiya sərhədində aclıq aksiyasına başladı

5 ukraynalı Gürcüstan-Rusiya sərhədində aclıq aksiyasına başladı

Hazırda oxunan: 5 ukraynalı Gürcüstan-Rusiya sərhədində aclıq aksiyasına başladı

263598

Gürcüstan Daxili İşlər Nazirliyi beş Ukrayna vətəndaşının Rusiya ilə sərhəddə yerləşən “Yuxarı Lars” keçid məntəqəsində aclıq aksiyasına başladığını açıqlayıb.

Bizim.Media xəbər verir ki, nazirliyin məlumatına görə, ukraynalıların Gürcüstan tərəfinə qarşı konkret tələbləri yoxdur. Onların məqsədi Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və Ukrayna səfirliyinin dəstəyi ilə vaxtında vətənə qayıtmaqdır.

Qeyd edək ki, iyunun ikinci yarısından etibarən ümumilikdə 80-dən çox Ukrayna vətəndaşı “Yuxarı Lars” sərhəd-keçid məntəqəsində qalır.

Gürcüstan hakimiyyəti onları bəzilərinin məhkumluğu və sənədlərinin olmaması səbəbilə buraxmır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO