Ermənistanın bağlayacağı yeni sazişdə hansı ŞƏRTLƏR VAR? - Suren Sarkisyandan ŞOK AÇIQLAMA

Ermənistanın bağlayacağı yeni sazişdə hansı ŞƏRTLƏR VAR? - Suren Sarkisyandan ŞOK AÇIQLAMA

Hazırda oxunan: Ermənistanın bağlayacağı yeni sazişdə hansı ŞƏRTLƏR VAR? - Suren Sarkisyandan ŞOK AÇIQLAMA

26235

Erməni politoloq Suren Sarkisyan Azərbaycanla Ermənistan arasında imzalanacaq sazişin ilkin ssenarisi barədə danışıb. 

Bizim.Media “tert.am”a istinadən xəbər verir ki, politoloqun sözlərinə görə, əgər İrəvan Bakı ilə anlaşarsa, bu, Ermənistanın bir çox tələblərdən imtinasına gətirib çıxaracaq.

İlkin ssenariyə əsasən Azərbaycanla bağlanacaq sazişdə aşağıdakılar yer alacaq:

Azərbaycanın ərazi bütövlüyünün tanınması;

Azərbaycana hər hansı bir ərazi iddiası irəli sürülməsindən imtina olunması;

Diplomatik əlaqələrin bərpa edilməsi və sərhədlərin açılması;

Azərbaycan-Ermənistan sərhədlərinin dəqiqləşdirilməsinə start verilməsi – Bu zaman Ermənistan ərazilərinin bir hissəsi Azərbaycana veriləcək.
 

MÖVZU İLƏ BAĞLI:

Sarkisyanın TÜLKÜ SİYASƏTİ – Serj Paşinyanın əlinə necə oynayır?


O, Ermənistanın ordu saxlamayacağı barədə öhdəlik götürəcəyini istisna etmir. Yalnız müəyyən sayda hərbi polis saxlayacaq. Necə ki, İkinci Dünya Müharibəsindən sonra Yaponiya da belə bir addım atmışdı.

Türkiyə ilə bağlanacaq sazişə gəldikdə isə Suren Sarkisyan daha 5 bəndin yer alacağını qeyd edib:

Soyqırımın tanınmasından imtina ediləcək, Türkiyənin ərazi bütövlüyü tanınanacaq, ərazi iddialarından imtina ediləcək;

Ermənistanın Müstəqillik Aktında dəyişiklik ediləcək və gerbdən Ağrı dağının fotosu çıxarılacaq;
Sərhədlər açılacaq və diplomatik əlaqələr qurulacaq;

Türkiyə ilə Azərbaycanı birləşdirəcək dəhlizin açılmasında güzəştə gediləcək;

Həmin sənəddə “Ermənistana hər hansı bir üçüncü ölkə hücum edərsə, bu, Türkiyə və Azərbaycanın da təhlükəsizliyinin təhdid edilməsi sayılacaq” cümləsi də yer alacaq.

Surenin fikrincə, bütün bunların qarşılığında Azərbaycan və Türkiyə Ermənistana böyük həcmdə investisiya qoyacaqlar:

“Ermənistan hökuməti hesab edir ki, bu investisiyalar olduqca böyük rəqəmlərlə ölçüləcək. Əslində isə bu, Gürcüstanda olduğu kimi, Ermənistanı da iqtisadi cəhətdən işğal etməkdən başqa bir şey deyil. Bir daha deyirəm ki, bütün bu ssenarilərin reallaşıb-reallaşmaması Qərblə Şərq arasında Cənubi Qafqaz və Qara dəniz regionunda gedən qlobal rəqabətin səviyyəsindən asılı olacaq”

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO