İranda Qarabağın azadlığını qeyd edən insanlar saxlanılıb

İranda Qarabağın azadlığını qeyd edən insanlar saxlanılıb

Hazırda oxunan: İranda Qarabağın azadlığını qeyd edən insanlar saxlanılıb

2618

Cənubi Azərbaycanda yaşayan həmyerlilərimiz Qarabağın azad olunması münasibəti ilə qurban kəsdikləri üçün saxlanılıblar.

Bizim.Media xəbər verir ki, bu barədə “Gunaz.tv” məlumat yayıb.

İranın Sərab şəhərində bir qrup insan Azərbaycanın "Traxtur" futbol komandasının bayrağını əllərində tutaraq şüarlar səsləndiriblər.

“Qarabağ elə bil anamdır mənim" şüarları səsləndirərək Azərbaycanın Qarabağı erməni işğalından azad etməsi münasibətilə qurban kəsiblər.

Məlumatlara görə, bundan bir neçə saat sonra İran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən həmin yığıncaqda iştirak edən şəxslər saxlanılıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO