“ Şəxsən mən Ərdoğanı çox bəyənirəm. Mən düşünmürəm ki, o, uduzmayıb. Sadəcə Ərdoğan çox qazanmayıb."
"O bu məğlubiyyəti bizə bağışlamayacaq”.
Bizim.Media xəbər verir ki, bu sözləri Rusiyalı ekspert Dmitri Efstafev deyib.
“Rosiya 1 “ kanalında yayımlanan “Veçer s Vladimirom Solovyevım” verilişində qonaq olan ekspert çıxışında Rəcəb Tayyib Ərdoğanı siyasətin yeni lideri adlandırıb:
“O, Abşeronda yaradılan yeni mərkəz ilə öz sözünə möhür vuracaq."
Afərin ona. Soroson davamçısı Paşinyan isə köhnə ünyadır.Ərdoğan isə öz qaydaları olan yeni dünyadır.O, dəmir biləyi ilə dünyada öz sözünü deyir, və heç bir beynəlxalq qaydalara fikir vermir.O nə Makrona, nə də beynəlxalq institutlara fikir verir.
Ərdoğan bununla çox irəli gedəcək.
O, siyasətdə ABŞ dominantlığından, Avropa uzunçuluğundan bezən insanlar üçün ümid işığı olacaq. Onun qarşısında çox insan diz çökəcək. Hətta Rusiyaya sadiq insanlar da. Onun əleyhinə getmək lazım deyil, ondan öyrəmək lazımdır!”,- deye o, vurğulayıb.
Bizim.Media