Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyan müqaviləyə imza atacaq – ERMƏNİ MEDİASI 

Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyan müqaviləyə imza atacaq – ERMƏNİ MEDİASI 

Hazırda oxunan: Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyan müqaviləyə imza atacaq – ERMƏNİ MEDİASI 

25898

Yaxın gələcəkdə Ermənistan və Rusiya rəhbərliyi Göyçə mahalının (Geqarqunik vilayəti) Sotk-Xoznavar hissəsinə rus sülhməramlılarının yerləşdirilməsi barədə razılığa gələcək və bundan sonra qoşunlar ön xəttdən çıxarılacaq.  

Bizim.Media xəbər verir ki, bu fikirləri “news.am” saytı “Qraparak” qəzetinə istinadən yayıb. 

Mənbə bildirir ki, danışıqların keçirilməsi faktı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan tərəfindən də bir gün əvvəl təsdiqlənib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər niyə yenidən Paşinyanı seçdi? – Seçkilərdə AZƏRBAYCAN FAKTORU 


“Azərbaycan tərəfi buna razılıq veribmi?” sualına Davtyan belə cavab verib: 

“Bizim ərazimizdə Azərbaycandan soruşacaq bir şeyimiz yoxdur, ancaq onlarla da  danışıqlar aparılır, çünki bəzi suallar var. Məqsədimiz Azərbaycan bölmələrini heç bir toqquşma olmadan sərhədə çəkməkdir. Bütün sərhəd boyu hərəkətə keçməliyik. Lazım gələndə Rusiya tərəfi ilə əməkdaşlıq edirik”. 

“Baş Qərargah rəisinin suveren ərazimizin başqa bir dövlətin sülhməramlılarına verilməsi barədə "qorxulu" açıqlamasından yalnız erməni tərəfinin qoşunlarının geri çəkiləcəyi açıq-aşkar görünür və nəticədə sərhəddə nələrin baş verə biləcəyini söyləmək çətindir.  

Digər informasiyaya görə, Nikol Paşinyan çox güman ki, sentyabr ayında Azərbaycanın ərazi bütövlüyünü həqiqətən tanıyan bir müqaviləyə imza atacaq”, deyə qəzet qeyd edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO