Zaqatalada keçmiş məhkumun evində axtarış - Zəhərli maddə tapıldı - FOTO

Zaqatalada keçmiş məhkumun evində axtarış - Zəhərli maddə tapıldı - FOTO

Hazırda oxunan: Zaqatalada keçmiş məhkumun evində axtarış - Zəhərli maddə tapıldı - FOTO

25896

Zaqatalada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və odlu silah-sursat gizlədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Rayon Polis Şöbəsinə Asif adlı şəxsin narkotik vasitələrin və zəhərli maddə hesab edilən civənin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub.
 

MÖVZU İLƏ BAĞLI:

Lənkəranda narkotacir ələ keçirildi


​​​​​​​Keçirilən tədbir zamanı həmin şəxs, Zaqatala rayonu Yuxarı Tala kənd sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş Asif Davudov tutulub.

Onun yaşadığı evə baxış keçirilən zaman müxtəlif növ narkotik vasitələr -heroin, tiryək, qurudulmuş marixuana, psixoptop maddə olan metamfetamin, metadon həbləri, elektron tərəzilər, içərisində heroin və tiryək məhlulu olan 8 ədəd şpris, eləcə də qanunsuz olaraq saxladığı qoşalülə ov tüfəngi və ona aid olan 11 ədəd patron aşkarlanaraq maddi sübut kimi götürülüb.

Davam etdirilən tədbirlərlə A.Davudovun evindən zəhərli maddə hesab edilən civə də aşkarlanıb. Araşdırma zamanı onun həmin maddəni satmaq məqsədilə evində saxladığı məlum olub.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO