Ermənistandan Ukraynaya CAVAB

Ermənistandan Ukraynaya CAVAB

Hazırda oxunan: Ermənistandan Ukraynaya CAVAB

258502

"Ermənistan öz ərazisindən qonşu ölkələrə hücum üçün istifadə etməyə icazə vermir".

Bizim.Media RBK-ya istinadən verdiyi məlumata görə, Ermənistanın Xarici İşlər Nazirliyi (XİN) Ukraynanın Rusiyanın hərbi mövcudluğunun gücləndirilməsi ilə bağlı bəyanatına belə cavab verib.
 

Ukrayna Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov bir gün əvvəl, iyulun 5-də bəyan etmişdi ki, Moskva Bakı ilə münasibətlərin pisləşməsi fonunda Cənubi Qafqaz ölkələrinə təzyiqi artırmaq üçün Ermənistanda hərbi mövcudluğunu genişləndirir.


"Mətbuatda yer alan qondarma məlumatlara cavab olaraq Ermənistan bir daha öz prinsipial mövqeyini təsdiqləyir: respublikanın ərazisindən üçüncü dövlətlər heç bir qonşu ölkəyə qarşı hərbi əməliyyatlar həyata keçirmək üçün istifadə edə bilməz", - XİN-in bəyanatında bildirilir.

Qeyd edək ki, Rusiya hərbi qulluqçuları Ermənistan ərazisində Gümrüdə (102-ci hərbi baza) yerləşdirilib. Onlar 1995-ci il dövlətlərarası müqaviləyə əsasən oradadırlar. 2010-cu ildə Rusiya qüvvələrinin mövcudluğu müddəti 2044-cü ilə qədər uzadılıb (əvvəlcə 2020-ci ilə qədər idi).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO