Robert Köçəryan Ermənistandan QAÇIB?

Robert Köçəryan Ermənistandan QAÇIB?

Hazırda oxunan: Robert Köçəryan Ermənistandan QAÇIB?

257516

Ermənistanın sabiq prezidenti Robert Köçəryanla bağlı vəziyyət qeyri-müəyyəndir. Onun ölkədən “qaçdığı” barədə etibarlı sübutlar yoxdur. Hazırda harada olması rəsmi şəkildə açıqlanmayıb, lakin məlumdur ki, o, Ermənistanda deyil.

Bizim.Media xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.

Mənbə qeyd edir ki, Köçəryanın ailəsi Yunanıstanın Mikonos adasında təxminən 3,3 milyon dollar dəyərində dəbdəbəli villa sahibidir.

Eyni zamanda, Köçəryan məhkəmə araşdırmaları başladığı andan etibarən iclaslarda və rəsmi tədbirlərdə iştirak etmir və bəzi mənbələrin məlumatına görə, ölkədən çıxışı məhkəmə icazəsi ilə baş verib.

Beləliklə, Koçəryan hazırda Yunanıstanın Egey sahillərində istirahət edir və komandası ilə şəbəkə vasitəsilə əlaqə saxlayır.

Ermənistan parlamentində fəaliyyət göstərən “Armenia” blokunun üzvləri adətən bu barədə açıqlama verməkdən çəkinirlər.

Köçəryanın yaxın qohumlarından biri isə açıqlama verərək onun həqiqətən ölkədə olmadığını deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO