Tbilisidə abidənin üzərindəki ərəb yazısı gizlədilib - FOTO 

Tbilisidə abidənin üzərindəki ərəb yazısı gizlədilib - FOTO 

Hazırda oxunan: Tbilisidə abidənin üzərindəki ərəb yazısı gizlədilib - FOTO 

25599

Tbilisidə 8-ci əsirə aid olan abidənin üzərindəki ərəb yazısı gizlədilməyə və məhv edilməyə çalışılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə mədəniyyət mütəxəssisi Çira Elisaşvili şəxsi facebook səhifəsində paylaşım edib. 

Onun sözlərinə görə, Tbilisidə ümumilikdə 3 tarixi ərəb yazısı tapılıb, onlardan biri də həmin gizlədilməyə çalışılan və boya ilə üzəri örtülməyə çalışılan 8-9-cu əsirlərə aid olan abidədir: 

"Tbilisidə ümumilikdə 3 epiqrafik ərəb yazısı tapılıb... ən sonuncu 2012-ci ildə Puşkin küçəsində köhnə bir hasara tikilmiş bir daş şəklində tapıldı, üzərində 6 sətir həkk olunmuş ərəb yazısı var. Yazının ilk 4 sətir oxunmur. Son ikisi isə qismən oxunur. Yazı ərəb xəttatlığının kufr üslubuna aiddir. Mətn bizə yazının Səllam İbn Habban və ya Hayyan tərəfindən Həccin ikinci əsrində, yəni eramızın 8-9-cu əsrlərində yazıldığını bildirir", - deyə Çira Elisaşvili bildirib. 

Gürcüstanın Mədəni İrs Agentliyi isə mövcud məlumatı təsdiqləyib və problemin aradan qaldırılması üçün hərəkətə keçildiyini bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO