Rəsmi Tbilisi geosiyasi əhəmiyyətli layihələri həyata keçirmək üçün Gürcüstan-Azərbaycan-Ermənistan üçtərəfli formatda işləməyə hazırdır.
Bizim.Media xəbər verir ki, bunu Baş nazirin müavini, Gürcüstanın xarici işlər naziri David Zalkaliani deyib.
Türkiyədəki diplomatik forumda çıxış edən Zalkaliani Azərbaycan və Türkiyənin Gürcüstanın strateji tərəfdaşları olduğunu qeyd edib, Ermənistanla tarixi və dostluq əlaqələri də vurğulayıb.
Zalkaliani "Bu gün bir çox imkanlarımız var. Bölgəmizdən neft və qaz boru kəmərləri keçir" deyib.
O, əməkdaşlığın praktikada nümayiş olduğunu bildirib.
Zalkaliani əlavə edib ki, sabitlik olmadan inkişaf və firavanlıqdan danışmaq mümkün deyil. Nazir tərəfləri məhdud resurslara baxmayaraq fəal işləməyə çağırıb.
O, Gürcüstan Baş nazirinin köməyi ilə Ermənistan və Azərbaycan arasında əldə edilən humanitar razılaşmaya da toxunub.
Bizim.Media
- A-
- A
- A+
Region
11:15 / 21.06.2021
“Tbilisi Gürcüstan-Azərbaycan-Ermənistan formatında işləməyə hazırdır” - RƏSMİ
Hazırda oxunan: “Tbilisi Gürcüstan-Azərbaycan-Ermənistan formatında işləməyə hazırdır” - RƏSMİ
Hazırda oxunan: “Tbilisi Gürcüstan-Azərbaycan-Ermənistan formatında işləməyə hazırdır” - RƏSMİ
25587
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.