Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan partiyasının parlamentin yeni çağırışında ən azı 71 mandata sahib olacağını söyləyib.
Bizim.Media xəbər verir ki, bu haqda o, Twitter hesabında yazıb:
"MSK tərəfindən yayımlanan ilkin seçki nəticələrinə görə, “Vətəndaş müqaviləsi” partiyası yeni seçilmiş parlamentdə (105 deputatdan ən azı 71) konstitusiya çoxluğuna sahib olacaq və mənim rəhbərliyim altında bir hökumət quracaq".
Bu arada, erməni mediası artıq dəqiq hesablamalar aparıb. Armlur qəzeti yazır ki, yeni çağırış Ermənistan parlamentinin 105 deputatı olacaq.
"Vətəndaş müqaviləsi" 72, "Ermənistan" bloku 27, "Şərəfim var" bloku 6 mandat əldə edib.
Xatırladaq ki, bütün 2008 seçki məntəqələrindəki səslər sayıldıqdan sonra Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası qələbə qazanıb.
Bizim.Media
Согласно опубликованным ЦИК предварительным результатам выборов, партия «Гражданский договор» будет иметь конституционное большинство в новоизбранном парламенте (не менее 71 депутата из 105) и сформирует правительство под моим руководством.
— Nikol Pashinyan (@NikolPashinyan) June 21, 2021