Levon Ter-Petrosyan səs verərkən jurnalistlərə “Bu gün sükut günüdür” dedi

Levon Ter-Petrosyan səs verərkən jurnalistlərə “Bu gün sükut günüdür” dedi

Hazırda oxunan: Levon Ter-Petrosyan səs verərkən jurnalistlərə “Bu gün sükut günüdür” dedi

25499

Keçmiş dövlət başçısı, Erməni Milli Konqresi Partiyasının (EMK) lideri Levon Ter-Petrosyan seçki məntəqəsinə tək gəlib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanda seçkilər: Xaos hələ uzun müddət davam edəcək…


Mənbə yazır ki, o, “Bu gün sükut günüdür” deyərək jurnalistlərin suallarını cavablandırmaq istəməyib. Seçkilərdə Ter-Petrosyanın rəhbərlik etdiyi partiya da iştirak edir. Özü də EMK seçki siyahısında 1-ci yerdədir.

Xatırladaq ki, 20 iyunda Ermənistanda erkən parlament seçkiləri keçirilir. 

25 siyasi qüvvə qeydiyyatdan keçib - 21 partiya və 4 blok. Seçki məntəqələri saat 08:00-da açılıb. Məntəqələrin 479-u İrəvan, daha 1529-u bölgələrdədir. 

2,578 milyon vətəndaşın seçkilərdə iştirak etmək hüququ var (bunlardan 855 mindən çoxu paytaxtdadır). Siyasi qüvvələrin parlamentə minimum daxil olma həddi partiyalar üçün 5%, bloklar üçün 7% -dir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO