Paşinyanın çəkicinin qabağına oraq çıxartdılar - OMBUDSMANDAN ETİRAZ

Paşinyanın çəkicinin qabağına oraq çıxartdılar - OMBUDSMANDAN ETİRAZ

Hazırda oxunan: Paşinyanın çəkicinin qabağına oraq çıxartdılar - OMBUDSMANDAN ETİRAZ

25329

Ermənistanda seçkiqabağı aksiyalarda, seçicilərlə görüşlərdə maraqlı məqamlar yaşanır. Və bu, iyunun 20-də İrəvanda yarana biləcək çaxnaşmaların simptomlarıdır. Belə ki, Paşinyan rəqiblərini çəkiclə hədələyirsə, Koçaryan da əlinə oraq alıb.

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Paşinyanın son mitinqində əlində çəkic tutan iştirakçılar olub.

Ermənistanın ombudsmanı isə belə mənzərəni yanlış təbliğat adlandırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanda seçkilər: Xaos hələ uzun müddət davam edəcək…


Arman Tatoyanın sözlərinə görə, Paşinyan çəkic nümayişinə son verməlidir. Çünki çəkiclə zorakılıq təbliğ olunur. Tatoyan oraqlı Koçaryanın timsalında bütün namizədlərə səslənib ki, bu tip elementlər yolverilməzdir. 

Xatlırladaq ki, Ermənistanda növbədənkənar seçkilər iyunun 20-də start götürəcək. 25 siyasi güc qeydiyyatdan keçib, onların arasında 21 partiya və 4 blok var. 

Bu dəfə çəkiclə oraq bir yerdə yox, bir-birinə qarşıdır!

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO