Roma Papası Putinə ilk telefon zəngində NƏYİ XAHİŞ ETDİ?

Roma Papası Putinə ilk telefon zəngində NƏYİ XAHİŞ ETDİ?

Hazırda oxunan: Roma Papası Putinə ilk telefon zəngində NƏYİ XAHİŞ ETDİ?

253252

Roma Papası XIV Leo Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, onu sülh və dialoqa doğru addım atmağa çağırıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “Vatican News” məlumat yayıb.

Bildirilir ki, telefon danışığı əslində dünən – iyunun 4-də baş tutub, lakin bu barədə yalnız bu gün (iyunun 5-də) ictimaiyyətə məlumat verilib. Bu, XIV Leonun Müqəddəs Taxt-Taca keçidindən sonra Rusiya lideri ilə ilk birbaşa təmasıdır.
 

Vatikanın mətbuat xidmətinin rəhbəri Matteo Bruni jurnalistlərə bildirib ki, söhbət zamanı əsas diqqət Ukraynada davam edən müharibə və onun doğurduğu humanitar vəziyyətə yönəlib.


“Papa Rusiyanı sülhə töhfə verəcək bir addım atmağa çağırdı və tərəflər arasında müsbət təmasların qurulması və münaqişənin həlli yollarının axtarışı üçün dialoqun vacibliyini vurğuladı” – Vatikanın açıqlamasında deyilir.

Telefon danışığında əsir mübadiləsi məsələsi də gündəmə gətirilib.

XIV Leo, həmçinin Rusiya Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirillin pontifikatının göndərdiyi təbrikə görə təşəkkürünü ifadə edib və qeyd edib ki, “ortaq xristian dəyərləri sülh axtarışında, həyatın qorunmasında və əsl dini azadlığa çatmaq yolunda işıq ola bilər.”
 

Xatırladaq ki, bu ilin may ayında ABŞ Prezidenti Donald Tramp Vatikanın Rusiya ilə Ukrayna arasında birbaşa danışıqlar üçün platforma ola biləcəyini söyləmişdi. Yeni Papa XIV Leo bu təklifə müsbət yanaşdığına dair siqnallar vermişdi.


Ancaq Kreml bu ideyanı rədd etmişdi, səbəb kimi isə Vatikanın NATO üzvü olan İtaliyada yerləşməsi və katolik mərkəzi olması göstərilmişdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO