İrəvanda ETİRAZ: “Nikolu cəhənnəm gözləyir” – VİDEO

İrəvanda ETİRAZ: “Nikolu cəhənnəm gözləyir” – VİDEO

Hazırda oxunan: İrəvanda ETİRAZ: “Nikolu cəhənnəm gözləyir” – VİDEO

253249

İrəvanda, Ermənistan hökumət binası qarşısında baş nazir Nikol Paşinyanın ruhaniləri tənqid etməsindən sonra etiraz aksiyası keçirilib. Aksiya iştirakçılarından biri simvolik olaraq “Oraqlı ölüm” obrazında – qırmızı paltarda və əlində oraqla meydana gəlib. O, jurnalistlərə deyib: “Nikolu cəhənnəm gözləyir.”

Bizim.Media xəbər verir ki, bu hadisə Paşinyanın son dövrlərdə Ermənistan Apostol Kilsəsinin bəzi nümayəndələrinə qarşı sərt açıqlamalarından sonra baş verib.

Paşinyan ruhaniləri siyasi proseslərə qarışmaqda, hətta bəzi hallarda Ermənistan dövlətçiliyinə zərbə vurmaqda ittiham edib.

Onun sözlərinə görə, bəzi din xadimləri milli maraqları deyil, şəxsi və ya xarici təsirləri əsas tuturlar.

Kilsə isə öz növbəsində Paşinyanı ənənəvi dəyərlərə hörmətsizlikdə, millətin dini-mənəvi sütunlarını sarsıtmaqda ittiham edir. Bu gərginlik cəmiyyətdə də qütbləşməyə səbəb olub. Bir tərəf Paşinyanı islahatçı lider kimi dəstəkləyir, digər tərəf isə onu “dini dəyərlərə və milli kimliyə qarşı çıxmaqda” qınayır.
 

Etirazçılar hökumətin son davranışlarını “sonuncu qırmızı xəttin keçilməsi” kimi qiymətləndiriblər. Onlar Paşinyanı artıq xalqın, kilsənin və tarix qarşısında cavabdeh olmaqla təhdid ediblər. Aksiya zamanı “Vətəni və imanı satana lənət olsun!” şüarı səsləndirilib.


Bu etiraz bir daha göstərdi ki, Ermənistan cəmiyyətində din və siyasət arasında balansın pozulması ciddi ictimai-siyasi nəticələr doğura bilər. Paşinyanın kilsə ilə qarşıdurması onun hakimiyyətdəki mövqeyinə də təsir edə bilər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO