Paşinyandan SƏRT İTTİHAMLAR: “Robert Köçəryan rüşvətxordur”

Paşinyandan SƏRT İTTİHAMLAR: “Robert Köçəryan rüşvətxordur”

Hazırda oxunan: Paşinyandan SƏRT İTTİHAMLAR: “Robert Köçəryan rüşvətxordur”

253197

Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində yayımladığı videoda ölkənin keçmiş prezidenti Robert Köçəryanı açıq şəkildə rüşvətxor adlandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.
 

“Məsələn, biz rəsmi olaraq demədik ki, Robert Köçəryan rüşvətxordur, halbuki bu, məhkəmə qərarı ilə təsdiq olunub. Çünki o, rüşvət almaqla bağlı cinayət işinin müddətinin bitməsi ilə bağlı özü xahiş edib! Bu isə o deməkdir ki, adam faktiki olaraq etiraf edir ki, rüşvətxordur.


Hal-hazırda Ermənistan Respublikasının məhkəmə sistemində rəsmi şəkildə qeyd olunub ki, ikinci prezident vəzifəsini tutmuş şəxs rüşvətxordur! Qoy məni məhkəməyə versinlər!

Bundan sonra çıxışlarımda Robert Köçəryanın adını çəkəndə hər dəfə deyəcəyəm: rüşvətxor Robert Köçəryan”, deyə o, əlavə edib.

Paşinyan həmçinin vurğulayıb ki, keçmiş prezidentin cinayət işinin müddətinin bitməsi ilə bağlı müraciəti günahını dolayısı ilə qəbul etməsi deməkdir:

“Bu məsələ artıq hüquqi sənədlərlə təsdiqlənib və ictimaiyyət buna laqeyd yanaşmamalıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO