Erməni bloger: "Çeçenlər mənim qulaqlarımı tapançanın dəstəyi ilə sındırdılar"

Erməni bloger: "Çeçenlər mənim qulaqlarımı tapançanın dəstəyi ilə sındırdılar"

Hazırda oxunan: Erməni bloger: "Çeçenlər mənim qulaqlarımı tapançanın dəstəyi ilə sındırdılar"

253045

Erməni əsilli rusiyalı bloger Areq Şepixin bildirib ki, onu Moskvanın Yaroslavskiy vağzalından Çeçenistan xüsusi xidmət orqanlarının əməkdaşları qaçırıb.

Bizim.Media xəbər verir ki, mövzuya Çeçenistanın milli siyasət və xarici əlaqələr üzrə naziri Əhməd Dudayev münasibət bildirib.

Onun sözlərinə görə, Areq Şepixin müsəlmanları və xüsusilə də çeçenləri təhqir etdiyinə görə saxlanılıb, lakin bu zaman ona qarşı zorakılıq edilməyib. Onun sözlərinə görə, Şepixin saxlanılarkən müqavimət göstərib və qaçmağa cəhd edib.

Dudayev bildirib ki, minlərlə müsəlman, eləcə də digər dindarlar Şepixinin dinə, Allaha və millətlərə qarşı söylədiyi təhqiramiz fikirlərdən hiddətlənmişdi, əslində, onun həyatını xilas etdilər.

Dudayev həmçinin Şepixini müdafiə edən rusiyalıları "liberal sürüsü" adlandıraraq onları millətlərarası ədavəti qızışdırmaqda ittiham edib:

"Hər zaman olduğu kimi, bu liberallar bir daha göstərdilər ki, kimin tərəfindədilər – dini, Allahı təhqir edənlərin, ədavət yayanların? Yoxsa inancı və millətlərarası sülhü qoruyanların?".

Şepixin isə hadisənin çox fərqli olduğunu deyib: "Dünən, axşam saat 8-9 arası məni Yaroslavskiy vağzalından çeçenlər qaçırdı. Onların Moskvada və vilayətdə hərəkət etməyə hüququ yoxdur, bu çeçen FTX-si olsa belə. Maşının nömrələri saxta idi, miqalka qoşmuşdular, hər şey qanunsuz idi."

Şepixinin dediyinə görə, hadisədən əvvəl o, polislə əlaqə saxlayıb, lakin polis hadisə yerinə çatana qədər çeçenlər onu artıq götürüb aparıblar:

"Məni, açıq şəkildə desək, oğurlayıb şəhərdən kənara apardılar. Çox da işgəncə vermədilər, əsasən sorğu-sual etdilər. Amma xoşuma gəlməyən o oldu ki, həyat yoldaşımın, valideynlərimin ünvanlarını öyrənmək istəyirdilər."

Şepixin iddia edir ki, onu Ukrayna ilə əlaqələri, müxalifətə bağlı olub-olmaması barədə də sorğu-suala tutublar. O deyir ki, sosial şəbəkələrdə ona qarşı təzyiqlər artıq bir ildir davam edirdi:

"Məni bir ildir internetdə təhqir edirdilər. Susurdum, dözürdüm. Artıq mənə “sən dözürsən” deyirdilər. Bu xoşuma gəlmədi. Mən də çeçenləri, müsəlmanları söydüm. Onlar da buna cavab verdilər."

Ən sonda Şepixin qeyd edib ki, sorğu zamanı onun qulaqlarını tapançanın dəstəyi ilə sındırıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO