Ermənistanın maliyyə naziri Vaqe Ovanisyan jurnalistlərlə söhbəti zamanı bildirib ki, baş nazir Nikol Paşinyan öz sosial şəbəkə hesablarında nə yazmaq istədiyini özü müəyyənləşdirir və bunda tam azaddır.
Bizim.Media xəbər verir ki, Ovanisyanın bu açıqlaması Paşinyanın son günlərdə dini xadimlərə qarşı sosial şəbəkədəki kəskin və tənqidi paylaşımlarına münasibət olaraq səsləndirilib.
Nazir bu yazıların onu “şoka salmadığını” deyib.
“Əgər bəzi şəxslər ruhani liderlik missiyasını üzərlərinə götürürlərsə, demək ki, onlar müəyyən edilmiş bəzi standartlara da əməl etməlidirlər,” — deyə Ovanisyan vurğulayıb.
Nazir əlavə edib ki, bu məsələ onun gündəlik iş prioritetləri sırasında deyil.
Sonda Ovanisyan mövzuya daha artıq diqqət yetirilməsinin mənasız olduğunu deyərək “Gəlin bu məsələni burada bağlayaq” sözləri ilə fikrini tamamlayıb.
Bizim.Media

- A-
- A
- A+
Region
15:24 / 04.06.2025
Erməni nazirdən QƏRİBƏ AÇIQLAMA: “Paşinyan sosial şəbəkələrdə istədiyini yaza bilər”
Hazırda oxunan: Erməni nazirdən QƏRİBƏ AÇIQLAMA: “Paşinyan sosial şəbəkələrdə istədiyini yaza bilər”
Hazırda oxunan: Erməni nazirdən QƏRİBƏ AÇIQLAMA: “Paşinyan sosial şəbəkələrdə istədiyini yaza bilər”
253031
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.