Rusiya Ermənistanın mina xəritələrini Azərbaycana verməsini vacib hesab edir

Rusiya Ermənistanın mina xəritələrini Azərbaycana verməsini vacib hesab edir

Hazırda oxunan: Rusiya Ermənistanın mina xəritələrini Azərbaycana verməsini vacib hesab edir

25220

“Biz iyunun 12-də Azərbaycanın 15 nəfər Ermənistan vətəndaşını İrəvana təhvil verməsini alqışlayırıq”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

15 erməni hərbçinin təhvil verilmə anı - VİDEO


O, əsirlərin “hamının hamıya” prinsipi əsasında mübadiləsinin hansısa bir şərt irəli sürmədən yekunlaşmasına tərəfdar olduqlarını bildirib.

“Bununla yanaşı, biz digər humanitar problemlərin də həllini vacib hesab edirik. Xüsusi ilə də ərazilərin minalardan təmizlənməsini və minalanmış ərazilərin xəritələrinin verilməsini... Bizim bu istiqamətdə səylərimizdən sizin xəbəriniz var!” - deyə Rusiya XİN rəsmisi vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO