"Görən kimi qorxdum" – Basarkeçər seçiciləri Köçəryana nə hədiyyə edib?

Hazırda oxunan: "Görən kimi qorxdum" – Basarkeçər seçiciləri Köçəryana nə hədiyyə edib?

25174

“Hayastan” blokunun təşviqat apardığı Göçə mahalının Basarkeçər rayonunun (indiki Vardenis) seçiciləri baş nazir kreslosuna namizəd olan Robert Köçəryana bir oraq hədiyyə ediblər. 

Bizim.Media xəbər verir ki, hədiyyəni verən adam çəkic və oraq haqda hər kəsin xəbərdar olduğunu qeyd edib: 

“Çəkic "əxlaqsızlığın aləti", oraq əkinçilik vasitəsidir. Mən çəkicə qarşı bir oraq gətirdim. Sənə verirəm ki, əkinçiliyi bərpa, siyasi otları yox edə biləsən". Vardenis sakini belə deyib. 

Orağı əlinə götürən Köçəryan əvvəl qorxduğunu etiraf edib. 

"Düşündüm ki, bəlkə də bu, bir kastrasiya vasitəsidir? Xoşbəxtlikdən, yox. Bunu təyinatı üzrə istifadə edəcəyimə söz verirəm". Ermənistanın keçmiş prezidenti yekunlaşdırıb. 

Xatırladaq ki, Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan son günlər “polad inqilabı”nın vaxtının gəldiyini bildirərək çəkic nümayiş etdirir. Çəkic ona kampaniya zamanı hədiyyə edilib. 

Qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkiləri iyunun 20-də keçiriləcək.

Bu siyasi marafonda iştirak etmək üçün 25 siyasi qüvvə qeydiyyatdan keçib: 21 partiya və 4 blok. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO