"ABŞ danışıqlardan çəkilsə, İran aclıqdan ölməyəcək".
Bizim.Media xəbər verir ki, bunu Azad İslami Universitetinin qurulmasının 43-cü ildönümü ilə bağlı tədbirdəki çıxışında İran prezidenti Məsud Pezeşkian deyib.
"Əgər ABŞ anidən İranla danışıqlar prosesindən çəkilmək qərarına gəlsə və bizə qarşı daha böyük sanksiyalar tətbiq etsə, İranda heç kim aclıqdan ölməyəcək.
Biz çıxış yolu tapacağıq”, - Pezeşkian qeyd edib.
Məsud Pezeşkian bildirib ki, belə bir vəziyyətdə iranlılar birləşməli və birgə hərəkət etməlidirlər.
Bizim.Media