Arutyunyan və Şoyqu Rusiya hərbçilərinin Azərbaycanla sərhəddə yerləşdirilməsini müzakirə etdilər

Arutyunyan və Şoyqu Rusiya hərbçilərinin Azərbaycanla sərhəddə yerləşdirilməsini müzakirə etdilər

Hazırda oxunan: Arutyunyan və Şoyqu Rusiya hərbçilərinin Azərbaycanla sərhəddə yerləşdirilməsini müzakirə etdilər

25144

Ermənistan Müdafiə naziri vəzifəsini icra edən Vaqarşak Arutyunyan rusiyalı həmkarı, ordu generalı Sergey Şoyqu ilə telefonla Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin həlli yollarını müzakirə edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Arutyunyan qeyd edib ki, erməni tərəfinin mövqeyi dəyişməzdir və İrəvan tərəfdaş dövlətlərin strukturlarının məsələni sülh yolu ilə tənzimləmək çağırışlarına hörmətlə yanaşır. 

Tərəflər, həmçinin Rusiya hərbçilərinin Ermənistan-Azərbaycan sərhədinin Zəngəzur (Sünik) və Göyçə (Gegarkunik) mahallarındakı hissələrinə yerləşdirilməsi məsələsini müzakirə ediblər. 

"Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri heç bir ilkin şərt olmadan Ermənistan Respublikasının suveren ərazilərini tərk etməlidirlər", deyə Arutyunyan qeyd edib. 

Həmsöhbətlər Qarabağdakı Rusiya sülhməramlı kontingentinin missiyasının həyata keçirilməsinə, müdafiə sahəsində Ermənistan-Rusiya əməkdaşlığına və bir sıra regional problemlərə də toxunublar. 

Arutyunyana xatırladırıq ki, Azərbaycan hərbçilərinin hazırda yerləşdikləri ərazilər ölkəmizə məxsusdur. Erməni separatçıları 30 il ərzində dövlət sərhədini xeyli qabağa çəkiblər, indi isə dünya ictimaiyyətindən imdad diləyirlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO