Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqdan qaçması verdiyi bəyanatlarla ziddiyyət TƏŞKİL EDİR

Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqdan qaçması verdiyi bəyanatlarla ziddiyyət TƏŞKİL EDİR

Hazırda oxunan: Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqdan qaçması verdiyi bəyanatlarla ziddiyyət TƏŞKİL EDİR

250777

Qərbi Azərbaycan İcması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 21-də Ankarada “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda keçirilmiş konfransın iştirakçılarına ünvanladığı müraciətə dair Ermənistan Xarici İşlər Nazirliyinin verdiyi bəyanatı qınayır.

Bu barədə Bizim.Media-ya İcmadan məlumat verilib.
 

Bildirilib ki, Ermənistan hökumətinin əsas insan hüququ olan qayıdış hüququnu təmin etmək əvəzinə təhrif olunmuş bəyanatlar yayması, məsələnin mahiyyətini danaraq inkarçılıq xətti tutması qəbuledilməzdir.


Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqdan qaçması, öz ərazisində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə iş aparan keçmiş qondarma rejimin tör-töküntülərinin fəaliyyətinə imkan verməsi bu ölkənin regionda davamlı sülhdə maraqlı olmasına dair verdiyi bəyanatlarla tam ziddiyyət təşkil edir.

"İcmamız bir daha vurğulayır ki, beynəlxalq hüquq çərçivəsində və sülh yolu ilə qayıdış hüququ uğrunda əzmlə mübarizəsini davam etdirəcək", - deyə açıqlamada qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO