“Azərbaycan hərbçilərinə Zəngəzur yollarında rast gəlmək olar” – Erməni ombudsman

“Azərbaycan hərbçilərinə Zəngəzur yollarında rast gəlmək olar” – Erməni ombudsman

Hazırda oxunan: “Azərbaycan hərbçilərinə Zəngəzur yollarında rast gəlmək olar” – Erməni ombudsman

24993

Ermənistanın İnsan Hüquqları Müdafiəçisinə Zəngəzur mahalında (Sünik vilayəti) yaşayan vətəndaşlardan azərbaycanlı hərbçilərlə bağlı informasiyalar gəlir.

Onlar bildirirlər ki, Gorusdan Vorotan və Şurnuxuya, Qafandan Çakaten, Şikaox, Sraşen və bir sıra digər yaşayış məntəqələrinə gedən bütün yollarda azərbaycanlı hərbçilər gözə dəyir və açıq şəkildə öz silahlarını nümayiş etdirirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Erməniləri qorxuya salan “Azərbaycana xoş gəlmisiniz!” mesajı - FOTO


Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Ermənistan Ombudsmanı Arman Tatoyan Facebook səhifəsində yazıb.

O, xüsusilə bunları qeyd edib:

“Azərbaycan bayraqları və şüarları Zəngəzur mahalında, adı çəkilən icmalar arasındakı yollarda ona görə asılıb ki, Azərbaycan əsgərlərinin bu ərazilərdə yerləşdirilməsi beynimizə həkk olunsun.

Bu səbəbdən insanların bütün sərbəst hərəkəti pozulur. Ermənistan Respublikasının İnsan Hüquqları Müdafiəçisi bir daha bildirir ki, Azərbaycan hərbçilərinin həmin yollarda olması ölkə sakinlərinin yaşamaq hüquqlarının pozulmasıdır.

Bundan əlavə, onların mövcudluğu vətəndaşların mülkiyyət hüququnu pozur, çünki Azərbaycan hərbçiləri qanuni rəsmi sənədləri olan şəxslərə məxsus evlərdə və ya torpaq sahələrindədir (məsələn, Vorotan, Şurnuxu və s.). Xalqın həyat tərzi tamamilə dəyişib”.
 

Arman Tatoyana xatırladırıq ki, erməni silahlıları 30 ildən ildən çoxdur ki, işğal etdikləri Azərbaycan torpaqlarında vətəndaşlarımızın nəinki hüquqlarını pozur, onların həyatlarına daim təhlükə yaradırdılar.


İndisə hərbçilərimiz onlara məxsus yerlərdədir. Ermənilərin buna mənfi və ya müsbət reaksiyasının isə bizim üçün heç bir önəmi yoxdur. Belə şəraitdə yaşamaq istəmirlərsə, ölkəni tərk edib gedə bilərlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO