Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Qubadlının Zilanlı kəndinin və Zəngilanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı çəkilən videomaterial nümayiş olunub.
Bizim.Media xəbər verir ki, videokadrlarda öldürülərək yandırılmış Azərbaycan polislərinin nəşləri görünür.
Kadrlarda Ermənistan ordusunun hərbçiləri danışırlar. Onlar deyirlər: “Biz bu yüksəkliyi götürmüşük. Buradan o tərəfə İrandır. Bundan sonra Zəngilana gedəcəyik. O tərəflərdə - Araz tərəfdə Zəngilandır. Babalarımızın vəsiyyətini həyata keçirdik, öz məqsədimizə çatmışıq".
Ermənistan ordusunun hərbçiləri üzərində “Daşnaksütyun” yazılmış bayrağın fonunda "Qalx daşnak Dro" mahnısı oxuyurlar.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi mayın 16-da davam etdiriləcək.
Bizim.Media

- A-
- A
- A+
Region
20:15 / 15.05.2025
Zilanlı kəndi və Zəngilanın işğalı zamanı çəkilən videomaterial nümayiş olundu - MƏHKƏMƏ
Hazırda oxunan: Zilanlı kəndi və Zəngilanın işğalı zamanı çəkilən videomaterial nümayiş olundu - MƏHKƏMƏ
Hazırda oxunan: Zilanlı kəndi və Zəngilanın işğalı zamanı çəkilən videomaterial nümayiş olundu - MƏHKƏMƏ
249570
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.