Köçəryanın oğlu Ermənistan parlamentində DAVA SALDI - VİDEO

Köçəryanın oğlu Ermənistan parlamentində DAVA SALDI - VİDEO

Hazırda oxunan: Köçəryanın oğlu Ermənistan parlamentində DAVA SALDI - VİDEO

249307

Ermənistan parlamentində vitse-spiker Akop Arşakyan ilə müxalifətçi deputat Levon Köçəryan arasında mübahisə baş verib.

Bizim.Media xəbər verir ki, münaqişə deputatlar arasında davaya çevrilib.

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan çıxışı zamanı Nikol Paşinyan və Alen Simonyanın fikirlərini xatırladıb və onları təhqir kimi qiymətləndirib.

“Qoy Alen Simonyan ehtiyatlı olsun və bilsin ki, mən onu yerindən tullayanda bu, ona çox ağrılı olacaq”, – deyə L. Köçəryan bildirib.

Köçəryanın sözlərinə qəzəblənən Arşakyan emosiyalarını cilovlaya bilməyib.

“Ey, Levon, yerini bil! Otur yerində və sənə deyilənə qulaq as! Barmağını mənə tərəf uzatma!” — deyə o qışqırıb. Arşakyan daha sonra Köçəryanı zaldan qovacağı ilə hədələyərək onun yerinə oturmasını tələb edib.

Müxalifətdən olan deputatlar vitse-spikerin sözlərinə sərt reaksiya veriblər və nəticədə hakim “Mülki müqavilə” fraksiyasının nümayəndələri ilə əlbəyaxa dava olub. Hadisədən sonra Arşakyan zalda nizam-intizamı bərpa etməyə çağırıb və müxalifətə iclas zalını tərk etməyi təklif edib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO