SON DƏQİQƏ! Ermənistan sərhəddə mövqelərini MÖHKƏMLƏNDİRİR – “Təxribatlar baş verə bilər”

SON DƏQİQƏ! Ermənistan sərhəddə mövqelərini MÖHKƏMLƏNDİRİR – “Təxribatlar baş verə bilər”

Hazırda oxunan: SON DƏQİQƏ! Ermənistan sərhəddə mövqelərini MÖHKƏMLƏNDİRİR – “Təxribatlar baş verə bilər”

249250

Ermənistan sərhəd ərazilərdə yenidən mövqelərini möhkəmləndirir. Belə ki, Ermənistan Müdafiə Nazirliyi kütləvi şəkildə avtomobil şinləri toplayaraq şərti sərhəd istiqamətinə göndərir.

Xatırladaq ki, bundan əvvəl Ermənistan ordusunun artilleriya bölmələrini sərhədə yaxın ərazilərə cəmləşdirdiyi bildirilmişdi. Müşahidəçilər hesab edir ki, şinlərin toplanması və sərhədə daşınması mühafizə, müdafiə və ya mümkün toqquşmalara hazırlıq məqsədi daşıyır.

Bundan əlavə, Bir neçə aydır qeybə çəkilən Ermənistandakı Avropa İttifaqı missiyası yenidən Azərbaycanla sərhəddə görünməyə başlayıb. həmin missiyanın yanvar-fevraldakı kəşfiyyat addımları sərhəddə atəşkəsin ermənilər tərəfindən müntəzəm pozulması ilə müşahidə olundu. İndi yenidən müşahidə missiyası sərhəd bölgələrdə kəşfiyyat aparmağa başlayıb.

Üstəlik, bu gün erməni hərbçinin Laçın istiqamətində təxribata əl atması ilə bağlı yeni video da yayılıb.

Ermənistan yeni təxribatlara hazırlaşır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə bildirir ki, Ermənistanın bu hərəkətləri onun növbəti təxribatlara hazırlaşdığına işarədir:

“Təxribatların törədilməsi istisna deyil. Onlardan bunu gözləmək olar. Amma Ermənistanın elə gücü yoxdur ki, ciddi təxribatlar törədə bilsin. Çünki ordusu yoxdur. Yalnız kiçik həcmli təxribatlar törədə bilərlər. Bu da daxilə və xaricə nümayiş etdirmək məqsədi daşıyır”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO