Simonyan Ermənistanın kapitulyasiyası ilə bağlı detalları açıqladı: “Düşünürdüm ki, gedib kiminsə ayağına yıxılacağam” – VİDEO

Simonyan Ermənistanın kapitulyasiyası ilə bağlı detalları açıqladı: “Düşünürdüm ki, gedib kiminsə ayağına yıxılacağam” – VİDEO

Hazırda oxunan: Simonyan Ermənistanın kapitulyasiyası ilə bağlı detalları açıqladı: “Düşünürdüm ki, gedib kiminsə ayağına yıxılacağam” – VİDEO

249157

Ermənistan parlamentinin sədri Alen Simonyan 2020-ci il 9 noyabr tarixli Azərbaycanla imzalanmış təslim aktının (kapitulyasiya) hazırlandığı dövrdə Moskvada keçirdiyi görüşlər və yaşananlar barədə bəzi detalları bölüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə o, Ermənistanın İctimai Televiziyasının rəhbərinə verdiyi müsahibəsində danışıb.

“O vaxt dünyanı tam başqa cür dərk edirdik. Düşünürdüm ki, Moskvaya gedəcəyəm və bacardığım hər kəsin ayağına yıxılacağam ki, bu müharibəni dayandıraq. Çünki başqa cür mümkün deyildi.

Və başladım həmkarlarımla, spikerlə, vitse-spikerlə, jurnalistlərlə, Solovyovla, kimlə bacarırdımsa, onlarla görüşməyə. O zaman baş verənlərə yanaşma fərqli idi”, – deyə Simonyan bildirib.

Simonyanın sözlərinə görə, o, Moskvada artıq müzakirə edilən bir mətnin olduğunu öyrənib.

Parlament sədri əlavə edib ki, Moskvadakı dostları onu mümkün təxribat barədə xəbərdar ediblər və hətta özünü müdafiə edə bilməsi üçün ona silah da veriblər.

Bu, 2020-ci il noyabrın 8-də gecə saatlarında parlamentin o vaxtkı spikeri Ararat Mirzoyanın ciddi şəkildə döyülməsi hadisəsi fonunda baş verib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO