Türkiyə Şuşada Baş Konsulluq açacaq - “Haber Global”

Türkiyə Şuşada Baş Konsulluq açacaq - “Haber Global”

Hazırda oxunan: Türkiyə Şuşada Baş Konsulluq açacaq - “Haber Global”

24892

Türkiyə Şuşada Baş Konsulluğunu aça bilər.

Bizim.Media xəbər verir ki, bu barədə “Haber Global”ın canlı yayımında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağa səfərini təhlil edən kanalın baş yayım rejissoru Tuba Atav deyib.

O, Ərdoğanın azad edilən ərazilərə səfərini tarixi gün kimi qiymətləndirib:

“Bu böyük tarixi səfərdir. Biz də buna şahidlik edəcəyik”.

Ərdoğanın səfər proqramına da toxunan kanalın əməkdaşı Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın birgə keçirəcəkləri mətbuat konfransına diqqət çəkib.

O, bu konfransda bir sıra məsələlərə aydınlıq gətiriləcəyini istisna etməyib. Xüsusilə, Ərdoğanın NATO sammiti çərçivəsində keçirdiyi görüşlərilə bağlı hər kəsi maraqlandıran məqamlara cavab tapmaq mümkün olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO