Baş prokuror Anna Vardapetyan Ermənistanın ikinci prezidenti Robert Koçəryan və onunla əlaqəli şəxslərin qanunsuz yolla əldə etdikləri əmlak və aktivlərin müsadirə ediləcəyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, Vardapetyan bu barədə parlamentdə hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Vaqan Aleksanyanın sualını cavablandırarkən danışıb.
Onun sözlərinə görə, iddia üzrə cavabdeh şəxslər - Robert və Bella Koçəryanlar, Sedrak Koçəryan və Zaruhi Badalyan, Levon və Siranush Koçəryanlar, Qayane Koçəryan və Viqen Çatinyandır.
Prokurorluq Ermənistan Respublikası adından onlara məxsus aşağıdakı əmlak və aktivlərin müsadirəsini tələb edir:
– 22 daşınmaz əmlak obyekti,
– 2 daşınmaz əmlak almaq hüququ,
– 3 milyon ABŞ dollarından çox vəsait,
– 985 milyon dram məbləğində istiqrazlar,
– 1,4 milyon ABŞ dollarından çox bank əmanətləri,
– 15 hüquqi şəxsə (o cümlədən “Nairi Insurance”, “Toyota Yerevan”, “Target Group” və digər şirkətlər) aid paylar,
– Üzərində tələb hüququ olan borclar: 4 milyon ABŞ dolları, 8,3 milyard dram, 260 milyon rubl və 590 min avro,
– 2 nəqliyyat vasitəsi,
– Ümumi dəyəri 23,8 milyard dramdan çox olan əmlak və məbləğlər.
Bizim.Media