Rusiyalı sülhməramlıların Qarabağdakı mandatı müddətsiz olmalıdır - Köçəryan 

Rusiyalı sülhməramlıların Qarabağdakı mandatı müddətsiz olmalıdır - Köçəryan 

Hazırda oxunan: Rusiyalı sülhməramlıların Qarabağdakı mandatı müddətsiz olmalıdır - Köçəryan 

24870

Rusiyalı sülhməramlıların Dağlıq Qarabağdakı mandatı müddətsiz edilməli idi. Bu mandatın beş illik müddətə qədər məhdudlaşdırılması problemdir. 

Bizim.Media xəbər verir ki, bu fikri Ermənistanın ikinci prezidenti Robert Köçəryan “Sputnik Ermənistan”a, Rusiyanın RT telekanalına və “RİA Novosti” agentliyinə verdiyi müsahibəsində deyib.

Köçəryana görə, Qarabağda böyük toqquşmanın olmaması (yalnız kiçik insidentlər qeydə alınıb) tərəflərin Rusiyanın sülhməramlı missiyasını hörmətlə qəbul etdiyini göstərir. Və barışıq kontingenti özü elə fəaliyyət göstərir ki, fəaliyyətləri bu hörmətə layiqdir.
 

MÖVZU İLƏ BAĞLI:

Robert Köçəryan iddialı danışdı: “Bir ilə güclü ordu quracağıq”


"İndiyə qədər mənzərə belədir. Ancaq sülhməramlıların mandatı zamanla məhduddur - 5 il. Və bu, ən böyük problemdir. 4,5 ildən sonra Azərbaycan sülhməramlıların mandatının davam etdirilməsinin əleyhinə olduğunu Rusiyaya bildirmək hüququna malikdir. Və Rusiya, bu açıqlamaya görə, oranı tərk etmək məcburiyyətində qalacaq.

Bu fakt ondan xəbər verir ki, Qarabağda sülhməramlılar yalnız bu müddətdə qala biləcəklər. Qeyri-müəyyənlik budur ki, Ermənistan Respublikasında, Qarabağda  insanlar uzunmüddətli plan qura bilmirlər”, deyə o, qeyd edib.

44 günlük müharibə zamanı Moskvanın hərəkətlərini təhlil edən keçmiş Ermənistan lideri bildirib ki, bu hərəkətlər son dərəcə həssas bir vəziyyətdə olub:

“Rusiya bir tərəfdən Ermənistanın hərbi-siyasi müttəfiqidir, digər tərəfdən vasitəçidir, ATƏT-in Minsk qrupunun həmsədridir.

Bundan əlavə, Rusiya Azərbaycanın qonşusudur. Moskva Bakı ilə dostluq münasibətləri qurmağa çalışır. Vəziyyət çox çətindir. Rusiya bu vəziyyətdə nə edə bilərdi? Bu suala Ermənistanda cavab tapa bilmirlər. Mənzərə ağ-qara deyildi, olduqca incə idi.

Buna görə də Rusiya maraqları nöqteyi-nəzərindən yeganə düzgün addım müharibəni ən qısa müddətdə dayandırmaq idi. Və Rusiya bunu münaqişənin ilk günlərindən etməyə çalışırdı”.
 

Xatırladaq ki, Robert Köçəryan son açıqlamalarının birində ordunu təkmilləşdirib Hadrutu və Şuşanı geri qaytaracağı anonsunu vermişdi. Həmin vaxt azərbaycanlıların qaniçəni, görəsən kimə ümid edərək belə bəyanat vermişdi.


Görünür, bu sayıqlamalar yalnız seçiciləri üçün nəzərdə tutulub. Həqiqətdə isə ermənilərin ən böyük qorxusu rusların 4 il yarımdan sonra Qarabağdan çıxmasıdır...

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO