“10 noyabr üçtərəfli bəyanatının rədd edilməsi yeni müharibə deməkdir” - Edmon Marukyan 

“10 noyabr üçtərəfli bəyanatının rədd edilməsi yeni müharibə deməkdir” - Edmon Marukyan 

Hazırda oxunan: “10 noyabr üçtərəfli bəyanatının rədd edilməsi yeni müharibə deməkdir” - Edmon Marukyan 

24646

10 noyabrdakı üçtərəfli açıqlamanın ləğvi yeni bir müharibə deməkdir. Bunu dərk edən heç bir siyasi qüvvə uyğun açıqlama vermir. 

Bizim.Media xəbər verir ki, bu fikirləri müxalif “Maariflənmiş Ermənistan” partiyasının rəhbəri Edmon Marukyan İrəvanın Nor Nork bölgəsindəki seçki qabağı təşviqat kampaniyası zamanı söyləyib.

"Zəngəzur mahalının (Sünik bvilayəti) işğalı yeni müharibəni qızışdıra bilərdi. Ancaq biz danışıqlar yolunu keçirik", deyə o bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanda seçkilər: Xalqın ÜMİDİ yenə də məğlub və sındırılmış liderdir


Müxalifətçi qeyd edib ki, hakimiyyətə gəldikdən sonra müharibəyə başlayacaqlarını və bununla da azərbaycanlıları Ermənistan ərazilərindən çıxaracaqlarını bəyan edənlərin hamısı ya yalançı, ya da avantüristdir.

Marukyan Bakının bəyanatda göstərilən məqamları yerinə yetirməyə borclu olduğunu, xüsusən də "hamını hamıya" prinsipi ilə əsir mübadiləsi aparmaq məcburiyyətində olduğunu vurğulayıb.
 

Azərbaycana "dəhliz" verilməsinə və yolların blokadadan çıxarılmasına dair danışıqlara toxunan Marukyan deyib ki,  Ermənistanın bununla bağlı alternativi yoxdur, çünki bu məqam da bəyanatda ifadə edilib.


"Tərəflər yolları açır və hər kəs onlardan istifadə edir”, deyə o bildirib.

O, qeyd edib ki, Ermənistan qanunvericiliyi tamamilə yenidən işlənməyincə və buna uyğunlaşdırılanadək bu addım atıla bilməz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO