“Paşinyan Qazaxın kəndlərini Azərbaycana qaytarmaq istəyir” – Seyran Ohanyan

“Paşinyan Qazaxın kəndlərini Azərbaycana qaytarmaq istəyir” – Seyran Ohanyan

Hazırda oxunan: “Paşinyan Qazaxın kəndlərini Azərbaycana qaytarmaq istəyir” – Seyran Ohanyan

24636

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan əmindir ki, "kölgə razılaşmaları"na uyğun olaraq, İcevandan Berdə və ya İcevandan Noyemberyana qədər Azatamut və Voskepardan keçən hissədəki əsas yollar (Qazaxın kəndləri nəzərdə tutulur) Azərbaycana keçməlidir. 

Bizim.Media xəbər verir ki, bunu o, Noyemberyandakı seçki kampaniyasında çıxışı zamanı bildirib.

"Mövcud hakimiyyət orqanlarına görə, bu hissələrdəki yollar təhvil verilməlidir, çünki azərbaycanlılar orada yaşayırdılar", deyə Ohanyan qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan “əllərimi kəsərəm, bunu imzalamaram” dedi – Qazaxın 7 kəndi DÜYÜNƏ DÜŞÜB


Onun sözlərinə görə, hazırda Qarabağda və Ermənistanda vəziyyət çətindir və hakimiyyətin savadsız hərəkətləri bu vəziyyətə gətirib çıxarıb.

Ohanyan hesab edir ki, Ermənistan müharibədə məğlub olan hökumət tərəfindən idarə olunduğundan, ölkənu buna məcbur edirlər.

Keçmiş müdafiə nazirliyinin rəhbəri qeyd edib ki, bu gün təkcə Zəngəzur (Sünik), Göyçə mahallarında (Geğarkunik) deyil, Qazaxla sərhəddə yerləşən Tavuş vilayətində də təhlükəsizlik üçün bir təhdid var:

“Vəziyyət yalnız Ermənistanda yeni siyasi qüvvələrin hakimiyyətə gəlməsi ilə düzələ bilər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO