Ermənistanda xaos ALOVLANIR – Sarkisyan əhalini küçə döyüşlərinə ÇAĞIRDI

Ermənistanda xaos ALOVLANIR – Sarkisyan əhalini küçə döyüşlərinə ÇAĞIRDI

Hazırda oxunan: Ermənistanda xaos ALOVLANIR – Sarkisyan əhalini küçə döyüşlərinə ÇAĞIRDI

245916

Ermənistan respublikasının keçmiş prezidenti, “Respublika” partiyasının lideri Serj Sarkisyan əmindir ki, respublika əhalisinin 90%-i indiki hakimiyyəti satqın hesab edir.

Bizim.Media xəbər verir ki, bu barədə o, keçirdiyi mətbuat konfransında danışıb.

“Bu, 2026-cı il seçkilərinədək öz əksini tapacaqmı?” sualına Sarkisyan “Bəli” cavabını verib.

Keçmiş prezident “Küçə döyüşləri gözlənilirmi?” sualına da müsbət reaksiya verib.

Onun fikrincə, əvvəlki bütün oxşar hərəkatların uğursuzluğa düçar olduğunu nəzərə alsaq, küçə döyüşündə qalib gəlmək ehtimalı aktualdır.

Bu mübarizəni kimin apara biləcəyi ilə bağlı sualı cavablandıran Sarkisyan bildirib ki, sözügedən missiyanı kim öz üzərinə götürəcəksə, o da həmin mübarizəni aparacaq.

Keçmiş prezident ölkəyə yenidən rəhbərlik etməyə hazır olub-olmaması ilə bağlı suala isə “yox” cavabını verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO