Ermənistan Azərbaycanda təşkil olunacaq III MDB Oyunlarında iştirak edəcək?

Ermənistan Azərbaycanda təşkil olunacaq III MDB Oyunlarında iştirak edəcək?

Hazırda oxunan: Ermənistan Azərbaycanda təşkil olunacaq III MDB Oyunlarında iştirak edəcək?

245639

Ermənistan Azərbaycanda təşkil olunacaq III MDB Oyunlarında iştirakı ilə bağlı hələlik məlumat verməyib.

Bizim.Media xəbər verir ki, bunu mətbuat konfransında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təhlükəsizlik və əməliyyatlar üzrə rəhbəri Aygül Ağayeva deyib.
 

"Hər bir beynəlxalq tədbirin qaydalarına uyğun olaraq, dəvət olunan ölkələr var. Biz ölkələrə öz dəvətlərimizi göndəririk", - deyə qurum rəsmisi bildirib.


Qeyd edək ki, III MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərində keçiriləcək.

İdmanın 23 növü üzrə yarışların təşkili planlaşdırılır. Turnirdə iştirak etmək üçün təkcə MDB-dən deyil, bir sıra digər ölkələrdən də idmançıların dəvət ediləcəyi gözlənilir. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO