Son günlərdə Azərbaycan kütləvi informasiya vasitələrində Dağlıq Qarabağda Ermənistan ordusunun sıralarında muzdlu döyüşçülərin və xarici ölkələrdən gətirilmiş terrorçu qruplaşmaların yer alması haqqında konkret faktlar ictimaiyyətə təqdim olundu.
Ermənistan tərəfinin “könüllülər” olaraq qeyd etdiyi, əslində isə ciddi hərbi təlim görmüş xarici ölkə vətəndaşları cəbhədə Azərbaycan ordusuna qarşı döyüşlərdə iştirak edirdi.
Ermənistan tərəfi xarici ölkə vətəndaşlarının və terrorçuların cəbhədə istifadə olunması faktını gizlətmək üçün onları fərqli “könüllü” təşkilatlar vasitəsilə döyüşlərə cəlb etmişdi.
Bu cür təşkilatlar içərisində xüsusi olaraq fərqlənən isə VoMA adlı “könüllü”- terrorçu təşkilatıdır.
VoMA ("Voxj Mnalu Arvest"- Sağ qalmaq sənəti) təşkilatı 2013-cü ildə xarici ianələr hesabına qurulub, lakin əsas fəaliyyəti 2016-cı ildə Aprel döyüşləri zamanı başlayıb. VoMA erməni gənclərin döyüş qabiliyyətini artırmaq və onların hərbi hazırlığını təmin etmək məqsədi hər ildə 4 dəfə olmaqla Yeravanda və Dağlıq Qarabağda 10 günlük təlim kursları təşkil edir.
Təşkilatının həyata keçirdiyi təlimlərdə iştirakçılara müharibə şəraitində gərəkli olacaq alpinizm, silah atışları və piyada texnikaları öyrədilir.
Hərbi təlimlər Ermənistanın ehtiyyatda olan hərbiçiləri tərəfindən keçirilir.
Əsas şüuarı “1915-ci ili unutma” VoMA təşkilatının təlimlərində texniki sahələrlə yanaşı Ermənistan tarixi və ermənilərin türklərə qarşı apardığı mübarizə haqqında təbliğat yönümlü dərslərə də yer verilir.
VoMA öz internet hesabında Ermənistan ordusunun döyüş qabiliyyətini artırmaq və döyüşlər üçün könüllülər hazırlamaq məqsədi daşıdığını açıq şəkildə etiraf edir. Qurumun əməkdaşlıq etdiyi orqanlar içərisində isə Ermənistan Müdafiə Nazirliyi, Qondarma Dağlıq Qarabağ Respublikası və Ermənistan Xüsusi Təyinatlı Qüvvələri yer alır.
Xaricdəki erməni diasporası ilə sıx əməkdaşlıq içərisində olduğunu qeyd edən VoMA-nın təşkil etdiyi təlim kurslarının ermənilərlə yanaşı xarici vətəndaşlar üçün də açıq olması xüsusilə diqqət çəkir.
“The Greater Middle East”-da yayımlanan məqaləsində rus jurnalist Sergey Leonov, VoMa haqqında ətraflı məlumat verir.
Təşkilatın 2020-ci ilin iyul-avqust aylarında xüsusi “Dağ ehtiyyat taboru” yaratdığını qeyd edən müəllif, Rusiya Erməniləri Birliyinin rəhbəri Ara Abrahamyan və Ermənistanın Diaspor İşləri üzrə Ali Komissarı Zareh Sinanyanın təşkilata qatılmaq üçün könüllülərə müraciətlər ünvanlandığına da diqqət çəkib.
Leonov xüsusilə Rusiyadan gələcək könüllülər üçün aviareyslərin ödənişini təşkilatın öz üzərinə götürdüyünü və VoMA təşkilatının açıq şəkildə Ermənistan Müdafiə Nazirliyi ilə əməkdaşlıq içərisində olduğunu bildirir.
"Sürətli hərbi təlim kurslarını bitirdikdən sonra, Ermənistan Müdafiə Nazirliyinin komandanlığı altındakı batalyonumuz, təyin olunmuş ərazilərdə döyüş əməliyyatlarına göndəriləcək" deyə VoMA elan edir.
Sergey Leonov məqaləsində təşkilatın təlimlərə qoşulacaq şəxslərin anonimliyinin təmin olunduğunu və bunun da irəlidə Rusiya üçün çox ciddi təhlükələrə səbəb ola biləcəyinə yer verir. Çünki, təlimlər üçün kimlərin və hardan gələcəyi məlum deyil.
Ermənistan müharibə dövründə xaricdən, xüsusilə də Suriya və Livandan gələn erməni mənşəli terroçuları VoMA təşkilatı vasitəsilə “könüllü” kimi Qarabağ cəbhəsinə göndərib.
Məlumata görə, bu günədək Qarabağda 255 nəfər VoMA terror təşkilatına mənsub şəxs cəbhədə vuruşub. Bu şəxslərin 24 fərqli ölkədən gələn və aralarında ASALA və PKK kimi terrorçu təşkilatlarının mənsublarının yer aldığı “könüllülər” olduğu qeyd olunur.
Azərbaycan Baş prokurorluğundan verilən açıqlamada da erməni əsilli Vartan Vartanovun bir sıra xarici ölkə vətəndaşları ilə birgə terror fəaliyyətləri üçün "VoMA”" adlı təşkilat yaratdığı qeyd olunurdu.
İndi isə müharibə bitib və Ermənistan rəhbərliyi məğlub olduqlarını etiraf edib.
Dağlıq Qarabağdakı silahlılar isə yaxın günlərdə Azərbaycan torpaqlarından birdəflik çıxarılacaqlar. Xaricdən müharibədə iştirak etmək üçün gəlmiş, xüsusi təlim keçmiş döyüşçülərin isə indi hara gedəcəkləri müəmmalı olaraq qalır. Digər müəmmalı məqam isə VoMA kimi təşkilatların öz fəaliyyətini dayandıracağı, yoxsa mənfur əməllərinə davam edəcəkləridir.
Bizim.Media olaraq mövzunu diqqətdə saxlayacağımızı bildirir, növbəti günlərdə bu kimi qurum və təşkilatların fəaliyyətlərini işıqlandırmağa davam edəcəyik.
Rəvan Əliyev, Bizim.Media
- A-
- A
- A+
Region
17:34 / 11.11.2020
Ermənistan terrorçuları necə hazırlayır ? FAKTLAR
Hazırda oxunan: Ermənistan terrorçuları necə hazırlayır ? FAKTLAR
Hazırda oxunan: Ermənistan terrorçuları necə hazırlayır ? FAKTLAR
2455
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.