Anklavların aqibəti necə olacaq? – PAŞİNYAN AÇIQLADI

Anklavların aqibəti necə olacaq? – PAŞİNYAN AÇIQLADI

Hazırda oxunan: Anklavların aqibəti necə olacaq? – PAŞİNYAN AÇIQLADI

24435

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Tavuşa səfər edib.

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, seçkiqabağı kampaniya çərçivəsində keçmiş anklavların taleyinin həll olunmasını necə gördüyünü açıqlayıb.

Onun sözlərinə görə, həllin ümumi məntiqi var ki, bu da beynəlxalq təcrübə və hüquqa söykənir:

“Hazırkı situasiya dəyişməz olaraq qalıb. Niyə? Çünki bizə aid də anklav var ki, o da Azərbaycanın nəzarətindədir. Söhbət Arçvaşendən (Gədəbəy, Başkənd) gedir. Bizim məntiqimiz ondan ibarətdir ki, anklav anklavla əvəz olunmalıdır. Yəni, Azərbaycanın kontrolunda olan onların, bizdə olanlar isə elə bizim nəzarətimizdə qalsın”.

Paşinyan qeyd edib ki, anklav məsələsi danışıqlarda hər zaman olub və əsasən Azərbaycan tərəfindən qaldırılıb. 

Xatırladaq ki, mayın 19-da Serj Sarkisyanın kürəkəni Mikael Minasyan bəyan edib ki, Paşinyan demarkasiyanın yeni prinsipləri ilə razılaşıb ki, bu da bəzi ərazilərin Azərbaycana verilməsilə nəticələnəcək. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO