İrəvanda məktəbli dərsə Quran gətirdiyi üçün vəhşicəsinə DÖYÜLDÜ

İrəvanda məktəbli dərsə Quran gətirdiyi üçün vəhşicəsinə DÖYÜLDÜ

Hazırda oxunan: İrəvanda məktəbli dərsə Quran gətirdiyi üçün vəhşicəsinə DÖYÜLDÜ

244284

İrəvanda məktəbli dərsə Quran gətirdiyi üçün vəhşicəsinə döyülüb.

Bizim.Media xəbər verir ki, bu barədə teleqram kanalında məlumat yayılıb.

12 yaşlı Vazgen adlı şagird məktəbə Quran kitabını gətirdikdən sonra sinif yoldaşları tərəfindən vəhşicəsinə döyülüb.

Şahidlərin sözlərinə görə, Vazgen kitabı dünya dinləri ilə bağlı məktəb layihəsi çərçivəsində gətirib. Lakin o, bullinqə məruz qalıb. Bir neçə şagird oğlanı “satqın” adlandıraraq təhqir etməyə başlayıb.

Vazgeni dəhlizdə həmyaşıdlarının gözü qarşısında döyüblər, sonra pilləkənlərdən aşağı atıblar.

Onun gətirdiyi kitabı isə cırıb atıblar. Oğlanın qolu sınıb və ağır psixoloji travma ilə xəstəxanadadır. O danışmaqdan imtina edir və məktəbə qayıtmaqdan qorxur.

Bu hadisə Ermənistanda dini ayrıseçkilik məsələsini növbəti dəfə gündəmə gətirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO