Paşinyan müdafiə naziri ilə Qərbi Zəngəzura niyə gəlib? - VİDEO

Paşinyan müdafiə naziri ilə Qərbi Zəngəzura niyə gəlib? - VİDEO

Hazırda oxunan: Paşinyan müdafiə naziri ilə Qərbi Zəngəzura niyə gəlib? - VİDEO

243828

Aprelin 11-12-də Qərbi Zəngəzurda olan baş nazir Nikol Paşinyan Zəngəzur dəhlizində velosiped sürüb.

Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşımlar edilib.

N.Paşinyan özü də “Meğri-Lehvaz-Meğri.17 km” qeydi ilə velosipedli səyahəti haqda paylaşım edib.

Erməni mediası yazır ki, dünəndən Nikol Paşinyanı Sünikdə (Zəngəzur-M.) müdafiə naziri Suren Papikyan da müşayiət edir. “Son atışmaların fonunda Paşinyanı sərhəd bölgəsinə müdafiə nazirinin müşayiət etməsi diqqət çəkir.

Üstəlik, dünən o, Sünikdə onun səlahiyyətinə aid olmayan ekoloji patrul xidmətinin tətbiqinə həsr olunmuş tədbirdə iştirak edib. Bu gün Papikyan Nrnadzorda Paşinyanı müşayiət edib”, erməni mətbuatında bildirilir.

Paşinyanın müdafiə naziri ilə Zəngəzura gəlişi şərti sərhədlərdə Azərbaycana qarşı təxribatlara hazırlıq məqsədi də daşıya bilər. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO