Ermənistan sərhəddə gərginliyi ARTIRIR – “Layiqli cavab ALACAQLAR”

Ermənistan sərhəddə gərginliyi ARTIRIR – “Layiqli cavab ALACAQLAR”

Hazırda oxunan: Ermənistan sərhəddə gərginliyi ARTIRIR – “Layiqli cavab ALACAQLAR”

243398

Son zamanlar sərhəddə ardıcıl təxribatlar törədən, daha tez-tez atəşkəsi pozan Ermənistan indi də hərbi təlimlərə start verib.  Belə ki, Ermənistan və İran birgə hərbi təlimlər keçirəcək.

Bu barədə Ermənistan MN məlumat yayıb. Tərəflərin xüsusi təyinatlı bölmələri aprelin 9-10-da birgə təlimlər keçirəcək.

 Hər iki ölkənin bölmələri öz ərazisində təlimlər təşkil edəcək:

 “Tərəflər iki ölkənin dövlət sərhədində yerləşən sərhəd-keçid məntəqələrinə simulyasiya edilmiş terrorçu qrupların hücumlarının zərərsizləşdirilməsi üzrə birgə əməliyyatlar keçirəcəklər”.

Üstəlik, Ermənistan ordusunun son günlərdə Qazax istiqamətində fəallaşdığı da müşahidə olunur. Aprelin 7-də Qazax rayonunun Kəmərli kəndi yaxınlığındakı ərazidən qeydə alınan digər bir hadisə isə daha çox narahatlıq doğurur.

Belə ki, Ermənistan Silahlı Qüvvələrinin şərti sərhəddən təxminən 6 kilometr aralıda yerləşən mövqeyinə 12 artilleriya qurğusunun - 122 mm-lik D-30 haubitsalarının yerləşdirilməsi qeydə alınıb.

Ermənistanın işğalçı, təcavüzkar siyasət yürütdüyünü nəzərə alsaq, onun silahlanması, hərbi təlimlər keçirməsi də aydın məsələdir ki, heç də xoş niyyətdən xəbər vermir. Belə yanaşma onun göstərir ki, regionda Ermənistan gərginliyin yaranması və onun artmasında maraqlıdır.

Layiqli cavab alacaqlar

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə bildirir ki, Ermənistan bir neçə qüvvənin, ölkənin əlində oyuncaqdır:

“Bu fonda da onların göstərişləri, diktəsilə oturub durur. İrəvanın hərbi müttəfiqləri isə bölgədə sabitliyi pozmaqda maraqlıdırlar. Çünki burada stabilliyin olması onların maraqlarına cavab vermir. Bu əsasda da Ermənistanı silahlandırır, birgə təlimlər təşkil edir, sərhədə Avropa İttifaqının müşahidəçi missiyası adı ilə jandarm qüvvələrini yerləşdirirlər.

Bütün bunlar Ermənistanın sözdə nə deməsindən asılı olmayaraq reallıqda sülhdə maraqlı olmadığının göstəricisidir. Ermənilər anlamır və yaxud anlamaq istəmirlər ki, tutduqları destruktiv mövqe ilk növbədə özlərinə ziyan vurur və yenə də vuracaq. İrəvan gərginliyi artırmağa çalışsa, birmənalı şəkildə bunun layiqli cavabını alacaqlar”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO