RİA Novosti: Paşinyanın oğlunu Bakı neyləsin? - Ermənistanda İKİ CƏBHƏ

RİA Novosti: Paşinyanın oğlunu Bakı neyləsin? - Ermənistanda İKİ CƏBHƏ

Hazırda oxunan: RİA Novosti: Paşinyanın oğlunu Bakı neyləsin? - Ermənistanda İKİ CƏBHƏ

24289

Azərbaycanın ələ keçirdiyi erməni diversantlarının azad olunması Ermənistanda seçkiqabağı kampaniyanın əsas sujet xəttidir. 

Bizim.Media xəbər verir ki, Rusiyanın RİA Novosti agentliyi belə yazır. 

Nəşr qeyd edir ki, səsvermədə Nikol Paşinyanın rəqibləri onu fəaliyyətsizlikdə qınayırlar. Nikol isə terrorçular azad olunsun deyə onları oğlu Aşotla dəyişməyə hazırdır. 

Bütün bu hadisələrin fonunda Ermənistan üçün xroniki xəstəlik problemi qədər çətin olan demarkasiya problemi daha da ağırlaşır. 
 

MÖVZU İLƏ BAĞLI:

"Azərbaycandakı əsirlərin əvəzinə oğlumu təklif edirəm" - Paşinyan


Daha sonra məqalə müəllifi qeyd edir:

İfşaedici döyüşlər

Ermənilərin əsir adlandırdığı diversantlar barədə xatırlatmalar ötən ilin sonundan, daha dəqiq desək, 10 noyabr üçtərəfli razılaşma imzalanandan bəri xatırlanır. Dekabrda saxlanılan diversantlar barədə Bakı güzəştə getmir, çünki onlar atəşkəs razılaşdırıldıqdan sonra diversiya əməliyyatları, terror cəhdləri zamanı tutulublar. Üstəgəl, ermənilərin əsir dediyi terrorçuların sayı da mübahisə predmetidir. Çünki İrəvan 200 nəfərdən danışırsa, rəsmi Bakı 60 terrorçunun dəmir barmaqlıqlar arxasında olduğunu bildirir. 

Məhz belə nüanslara görə Paşinyanla hakimiyyət davası edənlər onun çarəsizliyindən istifadə edərək Nikolu tənqidlə qəşəngcə əzişdiriblər. İyunun 20-dən qabaq isə bu danlaqlar daha sərt səslənir. “Şərəfdir” blokunun namizədi, eks Ermənistan lideri Serj Sarkisyan Paşinyanı qorxaqlıqda da ittiham edib. Bir şey ki, Sarkisyanla Paşinyan arasında söz atışmaları artıb.

Serjin “Azərbaycanda saxlanılan diversantların yerinə oğlun Aşotiki yolla” çıxışından sonra Nikol buna hazır olduğunu dilə gətirib. 

Ermənilərin əsir adlandırdığı diversantlarla Robert Koçaryan da Paşinyanı ölkələrində nüfuzdan salmaq istəyir. Robertin fikrincə, Bakı diversantları Paşinyan hökumətinə təzyiq vasitəsi kimi saxlayıb.

Məqsəd Nikolu güzəştlərə məcbur etməkdir. Paşinyanın seçkilərdəki rəqibləri onunla birgə teledebatlarda da iştirakdan imtina edirlər. Elə Levon Ter Petrosyanın qərargahında deyirlər ki, ölkəni süquta aparan birilə debat mənasızdır. 

Sərhəd mübahisəsi

Azərbaycan Ermənistandakı seçkiləri diqqətdə saxlayır və orada dayanıqlı hökumət formalaşmayana qədər diversantların qaytarılması yönündə müzakirələrin olmayacağını dəfələrlə xatırladıb.

Lakin dolaşan bəzi informasiyalara görə, erməni diversantlar barədə Bakının güzəştləri yalnız hazırda sülhməramlı kontrolunda olan Qırmızı Bazarın Azərbaycanın nəzarətinə keçməsi ilə mümkündür. Diversantların qaytarılmasında digər şərt kimi hələ də Ermənistan işğalında olan 7 kəndin qaytarılmasıdır. 

Bəlkə də İrəvan üçün cüzi uğur irəliləyişi ola bilərdi, amma Kəlbəcərdə (Susuzluq) mina partlayışı nəticəsində 3 azərbaycanlının ölümü planları dəyişdi. Çünki Azərbaycan məsuliyyəti Ermənistanın üzərinə qoydu.
 

Azərbaycan tərəfinin iddiasına görə, həmin minaları daha sonra həbs olunan diversantlar basdırıb. Həm də Bakı mina xəritələrini tələb edir. Paşinyan isə saxlanılan erməni hərbçilərinin Kəlbəcərlə sərhəddə guya demarkasiya ilə məşğul olduqlarını deyib. 


Şərtlər çoxalır

Ermənistan kompromatlar (kimi isə nüfuzdan salmaq məqsədi ilə toplanmış ifşaedici material, dəlillər, sübutlar) savaşının astanasındadır. Rəqiblər müxtəlif informasiyalar sızdırırlar. Paşinyan da istisna deyil. Paşinyanın diversantlarla Aşot balasını dəyişmək çağırışı isə seçkiqabağı fənd kimi dəyərləndirilir.

Nikol rəqiblərini diversantların azad olunması istiqamətində plan hazırlamamaqda günahlandırsa da, heç özü də belə bir proqram ərsəyə gətirməyib. 

Sual yaranır ki, Nikolun oğlu Bakının nəyinə lazımdır? Axı Azərbaycan müharibədən sonra silahı yerə atmaqdan imtina edərək diversiya əməliyyatları reallaşdıran erməniləri tutub. Əksər ekspertlər kompromisin (razılaşmanın) mümkünlüyü üçün demarkasiyanın yetərli olduğu fikrindədir. Belə ki, Ermənistan sərhədlərin demarkasiyasına mane olmasa, hər iki ölkə ərazi bütövlüklərini tanısa, İrəvanın diversant (əsir) dərdinə də çarə tapılar. 

Əsas şərtlərdən biri isə nəqliyyat koridorlarının açılmasıdır. Ələlxüsus da Azərbaycanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi...

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO