Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovsk 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi qətlə yetirən polisi dəstəkləyib.
Bizim.Media Rusiya mətbuatına istinadla xəbər verir ki, o polisin təsadüfən qətl törətdiyini bildirib.
Jirinovski Azərbaycan millət vəkillərinin polisə qarşı etirazını da tənqid edib.
MÖVZU İLƏ BAĞLI:
Jirinovskidən imperialist TƏKLİF - DETALLAR
“Azərbaycan parlamentinin deputatları hansısa etiraz təşkil edirlər. Sizə nə var? Əgər Azərbaycan nümayəndələri üçün burada nəsə yaxşı deyilsə, qoy çıxıb evlərinə getsinlər”.
Qeyd edək ki, Rusiya vətəndaşı olan 19 yaşlı azərbaycanlı gənc Vəkil Abdullayevi qətlə yetirən polisin azadlığa buraxılması millət vəkilləri, ictimaiyyət nümayəndələri, 1941-45-ci illər müharibəsibib veteranları Rusiya prezidentinə məktub ünvanlamışdılar.
Bizim.Media