Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağ separatçılarının İrəvanda aksiya keçirməsinə qarşıdır.
Bizim.Media “teleqraf.az”a istinadən xəbər verir ki, bu barədə “İravunk” qəzeti məlumat yayıb.
“Hakimiyyət Qarabağ ermənilərinin İrəvanda keçirdiyi aksiyaya qarşıdır. Hakim partiyadakı mənbəmizə görə, Paşinyan komandasına bu barədə belə deyib: “Onlar çox göyə qalxırlar, bir az aşağı ensələr, yaxşı olar, heç bir güzəşt olmayacaq, pulları gedib onları soyan generallardan istəsinlər”, – erməni nəşri bildirib.
Eyni mənbəyə görə, Paşinyan komanda üzvlərinə bunu da söyləyib: “Onlar küçələrdə çox qışqırmağa başlasalar, bununla düşməni (Azərbaycanı nəzərdə tutur – red.) qəzəbləndirəcəklər”.
Xatırladaq ki, Nikol Paşinyan ötən həftə parlamentdəki çıxışında Ermənistanda fəaliyyətini davam etdirən separatçı “Qarabağ hərəkatı”na qarşı çıxıb. Ermənistan baş naziri “hərəkat”ın öz fəaliyyətini dayandırmalı olduğunu bildirib. Bundan sonra bir qrup separatçı İrəvanın mərkəzində aksiyaya başlayıb. Separatçılar Ermənistan hakimiyyətindən “hərəkat”a dəstəklə yanaşı, Qarabağdan könüllü getmiş ermənilərə sosial müavinətlər də tələb ediblər.
Bizim.Media

- A-
- A
- A+
Region
11:29 / 01.04.2025
Paşinyandan XƏBƏRDARLIQ: “Azərbaycanı qəzəbləndirməyin”
Hazırda oxunan: Paşinyandan XƏBƏRDARLIQ: “Azərbaycanı qəzəbləndirməyin”
Hazırda oxunan: Paşinyandan XƏBƏRDARLIQ: “Azərbaycanı qəzəbləndirməyin”
241827
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.