Rusiya müttəfiqimizdir, əminəm ki, sabah da müttəfiqimiz olacaq və müttəfiq olaraq rəsmi Moskva öz öhdəliklərini əsas etibarilə yerinə yetirdi.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan Aştarak sakinləri ilə görüşü zamanı deyib.
“Ancaq müttəfiq münasibətlərinin birtərəfli olmadığını açıq şəkildə anlamalıyıq.
MÖVZU İLƏ BAĞLI:
Paşinyandan Serj Sarkisyana TUTARLI CAVAB: “Kazinoda əsgərlərdən oğurladığın pulları...”
Rusiyadan yalnız öz əsgərlərini buraya gətirməsini tələb edə biləcəyimizi düşünməməliyik. Yoxsa qazı bizə pulsuz verməlidir?. Onun bizə borcu yoxdur. Belə bir münasibət ola bilməz”, deyə o, qeyd edib.
Onun sözlərinə görə, Rusiya prezidentinə hörmətsizlik göstərsəniz, bunun müqabilində hörmət göstərməyəcək.
“Sən kimsən ki, (Paşinyanı nəzərdə tutur) Rusiya prezidentini hava limanında qarşılamırsan. Şəxsiyyətindən asılı olmayaraq, Putin, Medvedev, Yeltsin ... Kimsən ki, belə hörmətsizlik göstərirsən.
Protokola görə, BMT Təhlükəsizlik Şurasının Ermənistana gələn daimi üzvlərinin prezident və ya baş nazirlərini hava limanında Ermənistan prezidenti və ya baş naziri qarşılayır.
Bunu etmirsən, sonra da öyünürsən. Sən necə kişisən ki, Putini belə qarşılayırsan. Bu cəsarət deyil, axmaqlıqdır. Sadəcə bu, sənin başında çatlayacaq”, deyə Sarkisyan yekunlaşdırıb.
Bizim.Media