Moskvada Rusiya və Ermənistan XİN rəsmiləri Cənubi Qafqazdakı vəziyyəti MÜZAKİRƏ ETDİLƏR

Moskvada Rusiya və Ermənistan XİN rəsmiləri Cənubi Qafqazdakı vəziyyəti MÜZAKİRƏ ETDİLƏR

Hazırda oxunan: Moskvada Rusiya və Ermənistan XİN rəsmiləri Cənubi Qafqazdakı vəziyyəti MÜZAKİRƏ ETDİLƏR

240340

Moskvada Ermənistan və Rusiya xarici işlər nazirlərinin müavinləri Mixail Qaluzin və Mnatsakan Safaryan arasında məsləhətləşmələr aparılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
 

Bildirilib ki, tərəflər arasında siyasi və təhlükəsizlik, ticarət-iqtisadi, mədəni-humanitar sahələr üzrə məsələlər müzakirə edilib.


Qeyd olunur ki, Rusiya tərəfi Avrasiya inteqrasiya birliklərində, o cümlədən “beynəlxalq vəziyyətin əsaslı transformasiyalarını nəzərə almaqla” tərəfdaşlığın dərinləşdirilməsini tələbkar hesab edir.

Həmçinin Cənubi Qafqazdakı vəziyyət və “3+3” formatında əməkdaşlığın dərinləşdirilməsi də müzakirə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO