Erməni hərbçilər bu dəfə pişiyi təxribatlarına alət etdilər – FOTO/VİDEO

Erməni hərbçilər bu dəfə pişiyi təxribatlarına alət etdilər – FOTO/VİDEO

Hazırda oxunan: Erməni hərbçilər bu dəfə pişiyi təxribatlarına alət etdilər – FOTO/VİDEO

240288

Xəbər verdiyimiz kimi, bir neçə gündür Ermənistan ordusu təmas xəttində atəşkəsi pozur.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, atəşkəsin pozulmasının fonunda erməni hərbçilərin təhrikedici və ya intizamsız davranışları da diqqət çəkir.

Belə ki, bir neçə gün əvvəl erməni hərbçinin ordumuza məxsus posta doğru daş ataraq təhqiramiz hərəkətlər etməsindən sonra bu dəfə onlar üzərinə söyüş yazılmış kağızı pişiyə yapışdıraraq postumuza göndəriblər.

Aydın məsələdir ki, Azərbaycan videodakı bu hərbçini asanlıqla neytrallaşdıra bilərdi, amma təmkinli reaksiya verdi.

Baş verənlərin Ermənistan ordusunda nizam-intizam məsələsi, yoxsa Azərbaycanı təxribata çəkmək cəhdi olması da hələ aydın deyil. Bununla belə Ermənistan öz əsgərlərinin nizam-intizamına diqqət etməli və bu cür təxribatçıları cəzalandırmalıdır. Əks halda, bu cəzanı Azərbaycan özü təmin edəcək.

O da məlumdur ki, erməni hərbçilərin sərhəd zonasında nizamnaməyə zidd davranması, Azərbaycan əsgərlərinə qarşı təxribat xarakterli addımları Aİ missiyasının gözləri önündə baş verir və Ermənistan tərəfi bu varlığı öz manipulyativ məqsədləri üçün istifadə edir.

Bu məqamda Ermənistan Baş naziri Nikol Paşinyanın ölkəsinin Müdafiə Nazirliyinə Azərbaycanla atəşkəsi pozmamaqla bağlı təlimatını xatırlatmaq yerinə düşür. Necə olur ki, hökumət rəhbəri MN rəhbərliyinə tapşırıq verir, lakin əsgərləri bu cür oyunlara əl atır. Bu isə Paşinyanın “Ermənistan müharibəyə deyil, sülhə doğru gedir”, - açıqlamasına dair sual doğurur.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO