Paşinyan: “Sülh müqaviləsində Aİ-nin Ermənistandakı mülki missiyasından bəhs edən bir bənd yoxdur”

Paşinyan: “Sülh müqaviləsində Aİ-nin Ermənistandakı mülki missiyasından bəhs edən bir bənd yoxdur”

Hazırda oxunan: Paşinyan: “Sülh müqaviləsində Aİ-nin Ermənistandakı mülki missiyasından bəhs edən bir bənd yoxdur”

239189

“Sülh müqaviləsi imzalandıqdan sonra İrəvan və Bakı öz aralarında olan sərhəddə üçüncü qüvvələrin yerləşdirilməsi ilə məşğul olmayacaqlar”.

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
 

“Sülh müqaviləsində Aİ-nin Ermənistandakı mülki missiyasından bəhs edən bir bənd yoxdur.


Orada üçüncü qüvvələrin yerləşdirilməməsindən söhbət gedir. Üstəlik, bu, həm Ermənistana, həm də Azərbaycana aiddir”, - o, sülh müqaviləsi imzalandıqdan sonra avropalı müşahidəçilərin Azərbaycanla sərhədin Ermənistan tərəfindən çıxarılıb-çıxarılmayacağı sualına cavab verərkən jurnalistlərə bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO